“Buta Airways”ın təyyarəsi İstanbuldan Bakıya uça bilmədi

 00:33 16.01.2023     318

“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

Redaktor.az xəbər verir ki, bu barədə "Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 "WhatsApp" nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.