“Təmiz Şəhər"in nizamnamə kapitalı kəskin artırılacaq

 09:19 16.01.2023     346

“Təmiz Şəhər” ASC-nin nizamnamə kapitalı 118 320 759 manat və yaxud 13,9 dəfə artırılaraq 9 149 672 manatdan 127 470 431 manata çatdırılacaq.

Redaktor.az xəbər verir ki, kapital artımı şirkətin dövriyyədə olan 1 səhminin nominal dəyərinin artırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə İqtisadiyyat Nazirliyinijn tabeliyində yaradılıb, 2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.

Vumart və Güvən reklamı Vumart Güvən