"Rayonlular bakılılara mədəniyyət öyrətdilər..." -  Rəşid Mahmudovdan Bəhrama SƏRT REAKSİYA

 14:10 16.01.2023     528

"Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər”.

Redaktor.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında tibb elmləri namizədi, alim Rəşid Mahmudov Bəhram Bağırzadənin regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsinə münasibətində deyib.

O, bu mövzuların milləti bir-birinə qarşı qoymaqdan başqa bir şey olmadığını deyib:

"Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər. Bakıda bütün damlar qır idi, amma rayondan gələnlər bakılılara şiferdən istifadə etməyi öyrətdi. Onlara çox şeyi biz öyrətdik. Belə mövzulardan söhbət açmaq düzgün deyil. Çünki hər iki tərəf bir-birində günah görəcək. Milləti bir-birinə qarşı qoymağı da düzgün hesab etmirəm. Rayon-şəhər məsələsini ləğv edilməlidir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib. O bildirib ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər:

"Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".