"Azəriqaz"ın sahibkarlarla növbəti görüş Masallıda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Sözügedən birlikdən Redaktor.az-a verilən məlumata görə, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.