Dövlət əmlakını mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı

 11:15 17.01.2023     318

“Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.