Dövlət Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

 16:27 17.01.2023     504

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu işdən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə komitədən bildirilib.

Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunur.

Qeyd edək ki, F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb.

F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsi