AZAL üç ölkəyə əlavə reyslər açır

 23:05 17.01.2023     100

“Azərbaycan Hava Yolları” QSC (AZAL) novruz bayramı ərəfəsində Azərbaycandan Rusiya, Çexiya və Qazaxıstanın şəhərlərinə əlavə reyslər açır.

Redaktor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, bundan başqa, aviaşirkət Bakı-Praqa-Bakı istiqamətində yay cədvəli çərçivəsində də biletlərin satışını elan edir.

Sankt-Peterburq, Mineralnıye Vodı, Həştərxan, Ufa, Praqa və Aktau şəhərlərinə uçuşların cədvəli ilə aviaşirkətin www.azal.az saytında tanış olmaq mümkündür.