Deputatlar Laçın yolundakı aksiya yerinə gedə bilərlər - TƏKLİF

 15:18 18.01.2023     444

"Deputatlar olaraq Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallara dəstəyimizi göstərməliyik".

Redaktor.az  xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında deputat Bəxtiyar Sadıqov bildirib.

“Bununla bağlı Şuşaya səfər edilməlidir. Nəzərə alaq ki, Fransa Senatı belə məsələlərdə daim erməniləri müdafiə edir. Belə olan halda biz də deputatlar olaraq dəstək üçün ora getməliyik”,- deyə B.Sadıqov bildirib.

Komitə sədri Ziyafət Əsgərov isə cavab olaraq bildirib ki, bu məsələ razılaşdırılmalıdır:

“Ekofəallarımızın dəstəklənməsinə gəldikdə isə bildirirəm ki, bu elə məsələdir ki, onu razılaşdırmaq lazımıdır. Bizim deputatlar aksiya iştirakçılarına dəstəklə bağlı mediada çox çıxış ediblər. Əgər uyğun olarsa, niyə də iştirak etməyək?”.