Azərbaycan rəsmiləri Qarabağ erməniləri ilə görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olduğu barədə məlumat verib.
Redaktor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, nazir bu barədə 2022-ci ilin yekunlarına dair mətbuat konfransında danışıb.
Nazirin sözlərinə görə, görüşdə Rusiya sülhməramlıları da iştirak edib. Lavrov detallara toxunmayıb.
O, görüşün dəqiq vaxtını açıqlamasa da, tezliklə bir sıra məsələlərin yoluna qoyulacağını bildirib.