Bu çörəklər mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər - Ekspertdən XƏBƏRDARLIQ

 17:32 24.01.2023     6818

Son vaxtlar tez-tez çörəyin daha tez boyatlaşmasına rast gəlirik. Günün səhər və günorta saatlarında marketlərə gələn çörəklər artıq axşam saatlarında boyatlaşır.

Bəs, çörəyin bu qədər tez boyatlaşmasına səbəb nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, tez xarab olan çörək onları da narahat edir.

O, qeyd etdi ki, həmçinin uzun müddət xarab olmayan çörək problemi də var:

“Çörəklərin otaq temperaturunda saxlama müddəti 72 saatdır. Bu vəziyyətdə 72 saat müddətində 20 dərəcə istidə çörək normal olmalıdır. Əslində bəli, tez xarab olan, tez quruyan çörəklər ona görə bizi narahat edir ki, artıq orada un xəstələnmiş olur. Aşağı sort unlardan istifadə olunur. Bu, onun göstəricisidir. Tez xarab olan çörək də onu göstərir ki, orada çoxlu kimyəvi maddələr əlavə olunub. Tez xarab olan çörəklərdə yapışqanlıq əmələ gəlməz kimi ciddi problem var. Bu onu göstərir ki, həmin çörəklər kartof xəstəliyinə tututlmuş undan hazırlanır. Bəzən yapışqan olur və mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər. Təəssüflər olsun ki, çörəyin istehsalına, keyfiyyətinə dövlət orqanları çox da nəzarət etmir. Yalnız sosial çörəyin qiymətinə təsir edir. Düşünürəm ki, hökumət üzünü çörəyin keyfiyyətinə də, çəkisinə də, nəzarət etmək işinə də çevirməlidir”.

Həmidə İbrahimova