Səhiyyə Nazirliyindən saxta insulinlə bağlı XƏBƏRDARLIQ - FOTO

 18:19 18.01.2023     285

Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətləri aşağıdakı kimidir.

2222