Bakıda bəzi avtobusların hərəkəti dəyişdiriləcək

 09:49 19.01.2023     173

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə keçiriləcək anım tədbiri ilə əlaqədar, Bakının Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Bu barədə Redaktor.az Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.