Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq
Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il bizim qarşımızda çox ciddi məsələlər qoyulub”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: “Prezident İlham Əliyev də yerli telekanallara verdiyi müsahibədə bu sahədə islahatlara ehtiyac olduğunu bildirib”.