“Azəriqaz” yerli istehsallı sayğacları sınaqdan keçirir

 12:16 19.01.2023     468

"Ötən ilin sonunda “Gəncə Cihazqayırma Zavodu” ASC SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 2 000 yerli istehsalı olan qaz sayğacı təqdim edib".

Redaktor.az xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sayğaclar “Azəriqaz” və “Gəncə Cihazqayırma Zavodu” arasında 2021-ci ilin noyabrında imzalanmış memorandum çərçivəsində təqdim olunub.

“Hazırda təqdim olunan qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyinin metrologiya departamentinin sınaq qurğularından keçirilir, yoxlanılır”, - deyə Rövşən Məhyəddinov qeyd edib.

R.Məhyəddinovun sözlərinə görə, əlavə olaraq bu sayğacların müxtəlif iqlim şəraitlərində, müxtəlif regionlarda və müxtəlif sərfiyyat üzrə quraşdırılması və sınaqdan keçirilməsi də nəzərdə tutulub.

Həmidə İbrahimova