"Azəriqaz"a ötən ilki müraciətlərin sayı açıqlandı

 12:56 19.01.2023     973

“"Azəriqaz" İstehsalat Birliyinin şikayətlərin araşdırılması şöbəsinə 2022-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən, müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 8778 müraciət daxil olub. Bunlardan 6488 müraciət “Opentext” proqramı vasitəsilə, 2290 müraciət  isə elektron formada olub. “Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2021-ci il ilə müqayisədə 1442 müraciət az təşkil edir”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev media və QHT nümayənləri üçün təşkil olunan “Açıq qapı” aksiyası zamanı məlumat verib.

Onun sözlərinə görə, göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayağacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Həmidə İbrahimova