"Bu qanun bazarda gedən proseslərə kifayət qədər təsir edəcək" - Deputat
"İstər hökumət nümayəndələri, istər Milli Məclis Rəqabət Məcəlləsi üzərində işləyir".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Rüfət Quliyev dedi. Onun sözlərinə görə, bu, həqiqətən də, çox vacib qanundur.
"Onu da qəbul etmək üçün əvvəldən çox diqqətli formada işlər görülməlidir. Bu, mühüm qanundur və Azərbaycan bazarında gedən proseslərə kifayət qədər təsir edəcək. Ona görə bunun üzərində lazımi qədər işləmək lazımdır".
Nərmin VÜQARQIZI