Azərbaycanda iş vaxtı 1 saat qısaldıldı

19 yanvar tarixində iş gününün müddəti 1 saat qısaldılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
“Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır”, - rəsmi məlumatda qeyd olunub.