Vilayət Eyvazov Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, unudulmaz və müqəddəs xatirələrini yad ediblər.
