“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 20 Yanvar şəhidləri yad edildi - FOTO

 22:03 19.01.2023     345

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, anım mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər şəhidlərin mübarizə yolunun gələcək nəsillər üçün nümunə olacağını, vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin daima uca tutulacağını bildirib.

Tədbirdə şəhid Telman Məlik oğlu Bağırovun İçərişəhərdə yaşayan ailə üzvləri də iştirak edib və şəhidin şərəfli ömür və döyüş yolundan danışıblar. Mərasimdə ailəsi İçərişəhər sakini olan fotojurnalist Reza Deqatinin Qara Yanvar faciəsinin ağır günlərinin əks olunduğu xatirələri ilə birlikdə arxiv fotoları təqdim olunub.

Daha sonra Rahib Əliyarzadənin 20 Yanvar 1990-cı il faciəsinə həsr olunmuş qısametrajlı filmi nümayiş etdirilib.

 

 

2222