Baş prokuror Niderlanda səfər etdi
Baş prokuror Kamran Əliyev Niderlandda səfərdədir.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Twitter“ paylaşımında bildirib.
“Biz Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə birlikdə Qanlı Yanvarın anım günündə ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdik. Heydər Əliyev xalqımıza qarşı törədilmiş cinayəti şiddətli şəkildə qınayan və ona hüquqi-siyasi qiymət verilməsini tələb edən ilk şəxs idi”, - səfir paylaşımında qeyd edib.