Fikrət Məmmədov rəisi işdən çıxardı - Yeni təyinat
Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə Qasım Əliyev təyin olunub.
Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.