İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.
Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.