“Bu gün 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq” - “Azərsu”

Bu gün saat 13:00-dan etibarən bir neçə saat müddətinə rabitə sistemində aparılan texniki işlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.
Bu barədə Redaktor.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.