“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları bu rayonlarda da KEÇİRİLƏCƏK

 14:17 21.01.2023     813

"Azəriqaz" İstehsalat Birliynin növbəti həftə (23-24.01.2023 və 26-27.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Redaktor.az-a sözügedən birlikdən verilən məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi), 5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir