Rusiya hərbçilərinin daha 24 maşını Xankəndidən Ermənistana getdi

Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçiridiyi aksiya ərazisindən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Redaktor.az xəbər verir ki, yanvarın 21-də günorta saatlarında Xankəndindən Laçın istiqamətinə daha 3 minik, 21 yük avtomobili keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
Xatırladaq ki, bu gün aksiyanın 41-ci günüdür.