Sülhməramlıların daha 4 avtomobili aksiya yerindən sərbəst keçdi

 10:41 22.01.2023     335

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Redaktor.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha iki yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.