Tofiq Yaqublu həbsdən buraxıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbsdən azad olunub.
Redaktor.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbukda məlumat yayıb.
O bildirib ki, atası müalicə aldığı xəstəxanadan çıxıb və evə doğru gəlir.
"1 saata evdə olacaq", - deyə N.Həzi yazıb.
Qeyd edək ki, T.Yaqublu ötən ilin dekabrın 23-də 30 sutkalıq inzibati həbsə məhkum edilmişdi və bu səbəbdən aclıq aksiyası keçirirdi. Aclığa görə səhhətində problemlər yaranan siyasətçi xəstəxanaya yerləşdirilmişdi.