Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara BAŞLADI

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.
Redaktor.az xəbər verir ki, yanvarın 22-də "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.