İranda hicabsız qadınları polis qandallayıb apardı - VİDEO
İranın Kərəc şəhərində hökumət qüvvələri iki qadını həbs edərkən onlara qarşı zorakılıq ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayır.
Kərəcin Qohərdəşt bölgəsində repressiv qüvvələr hicabsız gəzən iki xanımı küçədə yerə yıxaraq qollarına qandal vurub, onları zorla hicab örtməyə məcbur ediblər.
Qadınlardan biri boğulduğunu desə də, qəddar hakimiyyət muzdluları buna məhəl qoymayaraq günahsız xanımları həbs ediblər.
Tunar Altunbay