Vilayət Eyvazov bütün polis rəislərini Bakıya topladı

 15:17 23.01.2023     360

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

Redaktor.az əldə etdiyi məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik edir.

Kollegiya iclası 2022-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.