Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb?
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.
Yayılan məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.
Məlumatda bildirilir ki, AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb.
Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.
Məsələyə aydınlıq gətirmək üçün Redaktor.az “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. P.Kəsəmənski dolayısı ilə xəbəri təkzib etməsə də bu barədə heç bir məlumat verə bilməyəcəyini, dəqiq məlumatı isə AZAL-ın mətbuat katibi Nərmin Xəlilovadan öyrənə biləcəyimizi dedi.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxlamaq mümkün olmadı. Onun telefonuna dəfələrlə zəng vursaq da, cavabsız qaldı.
Nərmin VÜQARQIZI