Sabah “Azəriqaz” rəhbərliyi canlı yayımda sualları cavablandıracaq

 16:10 24.01.2023     355

Sabah yanvar ayının 25-də saat 15:00-da “Facebook” sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Redaktor.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.

Sabah “Azəriqaz” rəhbərliyi canlı yayımda sualları cavablandıracaq