"Son vaxtlar idmançılar arasında həbslər cəmiyyəti düşündürür" - Deputat
“Prezident İlham Əliyev gənclərlə görüşündə bir neçə maraqlı məqama toxunmuşdu”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bunlardan biri də parklarda sadə idman qurğularının quraşdırılmasıyla bağlı idi: “Biz komitə olaraq bununla bağlı aidiyyəti qurumlarla müzakirələr aparaq və öz təkliflərimizi verək. Regionlarda da, Bakıda da parkların hamısında sadə idman qurğuları quraşdırılsa, yaxşı olar. Çünki hər kəsin fitnes zallarına getməyə imkanı yoxdur”.
Vüqar İskəndərov bəzi idmançılarla bağlı xoşagəlməz hallara da toxunub: “Son vaxtlar idmançılar arasında həbslər olur, bu, cəmiyyəti düşündürür. Çox təəssüf ki, bu faktlar var. İdmançıları əsasən, zəiflərin, torpaqlarımızın müdafiəsi sahəsində görmək istəyirik. Neqativ hallar qınanmalıdır”.