“Hər xəstəxanaya rezident göndərmək olmaz" - Əhliman Əmiraslanov

 13:29 25.01.2023     216

Azərbaycanda rezidentura səviyyəsində təhsil tətbiq edilməzdən əvvəl bütün dünyanın təcrübəsini öyrəndik, bir çox ölkənin uzmanlıq sistemi ilə yaxından tanış olduq. Bütövlükdə tibbi kadrların hazırlanması, o cümlədən yüksəkixtisaslı ali tibbi karların hazırlanması məsələsi Milli Məclisin Elm və təhsil komitəsi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə müzakirə edilməlidir.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

“Hər xəstəxanaya rezident göndərmək olmaz. Mən bu barədə səhiyyə orqanları ilə söhbət zamanı demişəm. İlk olaraq 31 xəstəxana nəzərdə tutulmuşdu, bu, həddən artıq çoxdur. Əsas klinikalar, böyük mərkəzlər var ki, onlar rezident hazırlaya bilərlər. Bu xəstəxanaların sayı azaldılacaq. Rezident hazırlaya bilmək imkanı olan klinikalara, mərkəzlərə daha çox üstünlük veriləcək. Hazırda elə xəstəxanalar var ki, onların imkanları azdır. Lakin oraya yenə də rezident göndərilir”, - deyə komitə sədri bildirib.