Qərbi Azərbaycanlıların deportasiyası ilə bağlı konfrans keçiriləcək

“Qərbi Azərbaycanlıların 100 illik deportasiyası - Vətən müharibəsindəki qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində” adlı konfrans keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edək ki, bu gün komitənin iclası keçirilir.