Deputatlar media və sosial şəbəkələri müzakirə edəcək

 14:26 25.01.2023     259

Milli Məclisdə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Belə ki, parlamentdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin və aparatıın, həmçinin Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.