Su sayğacını donvurmadan necə qorumalı? - VİDEO

 16:04 25.01.2023     287

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Abonentlərin diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün  quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.