Bakıda sıxlıq olan yollar - SİYAHI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq olan yolları açıqlayıb.
NİİM-dən Redaktor.az-a verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.