Anti-korrupsiya Gömrük Komitəsində əməliyyat keçirdi: Saxlanılanlar var - YENİLƏNİB

 14:49 26.01.2023     2255

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat tədbirləri davam edir.

Redaktor.az xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Qanun pozuntularına yol verməkdə şübhəli bilinən şəxslərin dindirilməsi yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var. 

Redaktor.az xəbər verir ki,, ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir. 

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfərin saxlanılıb, beş nəfərin isə izahatı alınıb (oxu.az).

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Redaktor.az xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir. Saxlanılan şəxslərin olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.