"Torpaq islahatı elə-belə aparılıb" - Eldar İbrahimov

 11:55 26.01.2023     288

Azərbaycan torpaq islahatı elə-belə aparılıb, bu sahədə problemlər hələ də həll olunmayıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov bildirib.

"Abşeron rayonunda, Bakının Suraxanı və Binəqədi rayonlarında problemli torpaqlar var. Bunların taleyi necə olacaq? İnsanları qeyri-qanuni süründürmək düzgün deyil. Bu qanunlar nə üçündür? Onları təkcə savadlı insanlar deyil, sadə insanlar da oxuyub-başa düşməlidir, eyni zamanda qanunlar bir-birini təsdiq etməlidir. Bəzi rayonlarda torpaq məsələsinə görə insanlar incidilir. Bu məsələləri yekunlaşdırmaq lazımdır. Ümumilikdə əmlak məsələlərində qarışıq məqamlar var. Kim nə iş görür araşdırılmalıdır. Keçən dəfə nazirliyin əməkdaşları da iclasda iştirak edirdi, amma hələ də qaldırılan məsələlər öz həllini tapmayıb”, - deyə o qeyd edib.