Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda qayda dəyişdi, cərimələnə bilərsiniz...

 13:51 26.01.2023     106

8 Noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.

Redaktor.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Azpetrol" yanacaqdoldurma məntəqəsindən çıxan zaman sürücü məcburi olaraq NZS qəsəbəsi istiqamətindəki svetofora qədər gedib oradan geriyə dönə və mərkəz istiqamətində qayıda bilər.

Həmçinin sürücü mərkəzdən gəlib geriyədönmə etdikdən sonra Ağ şəhər istiqamətinə tərəf gedə bilməz. Çünki bu istiqamətdə qırıq-qırıq xəttlər bütöv xəttlərlə əvəz olunub.

Təqdim olunan fotodakı qırmızı oxlarla hərəkət etsəniz qaydaları pozmuş olacaqsınız. Buna görə də yaşıl oxlarla işarələnmiş istiqamətlərdə hərəkət etmək lazımdır.