“Meqa Sığorta”da icbari avto sığorta daha asan oldu – ONLAYN ƏLDƏ EDƏ BİLƏRSİNİZ

 15:24 26.01.2023     616

Hər zaman öz müştərilərinin rahatlığını düşünən və müasir texnologiyaların tətbiqinə diqqət göstərən “Meqa Sığorta” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün onlayn şəkildə əldə olunması tam təmin edilib.

Hər bir avtonəqliyyat vasitəsi sahibi şirkətin veb-saytına daxil olmaqla əsas səhifədəki hiper-linkə keçid edərək avto-icbari sığorta növü üzrə rahatlıqla sığortalana bilər.

Avtonəqliyyat vasitəsi sahibləri avto-icbari sığorta növü üzrə onlayn sığortalanma zamanı hər hansı maneələrlə qarşılaşsalar şirkətin *8778 çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat verə bilərlər.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ilin oktyabr ayından fəaliyyət göstərərək, korporativ və fərdi müştərisinə 32 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir.