İrandan gətirilən 71 ton kartofda xəstəlik aşkarlandı

 15:48 26.01.2023     377

Ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub.

Bu barədə Redaktor.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri zamanı fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: Ralstonia solanacearum (Smith) Yabuuchi et al) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

71 100 kq ərzaqlıq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.