Eynulla Fətullayev tanınmış jurnalisti HƏBS ETDİRDİ - FOTO

 20:26 26.01.2023     532

Tanınmış jurnalist Aydın Canıyev həbs olunub.

Redaktor.az xəbər verir ki, o, "haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 30 sutka inzibati qaydada həbs olunub.

Eynulla Fətullayev “Facebook” profilində yazıb ki, A. Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Baş redaktor müraciətinə operativ cavab verildiyi üçün Baş Prokurora və məhkəməyə təşəkkür edib.

Aydın Canıyev Eynulla Fətullayevin şikayəti ilə həbs edildi