Milli Məclisin İntizam komissiyası TOPLAŞIR
Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.
Redaktor.az xəbər verir ki, iclasın dəqiq tarixi hələlik açıqlanmasa da, toplantıda 2022-ci ilin yaz və payız sessiyaları dövründə görülən işlərin və digər aktual məsələlərin müzakirəsi planlaşdırılır.
Onu da bildirək ki, deputat Erkin Qədirlinin parlamentlə bağlı səsləndirdiyi fikirlərdən sonra İntizam komissiyasında bu məsələyə baxılması təklif olunub. Komissiya üzvləri mətbuata açıqlamasında bunu istisna etməyiblər.
Qeyd edək ki, İntizam Komissiyasının sonuncu iclası ötən ilin yanvarın 27-də baş tutub.