Şəhidimiz tanınmış həkimin oğlu imiş - FOTO

 16:31 27.01.2023     783

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həyatını itirən Orxan Əsgərovla bağlı bir sıra nüanslar məlum olub.

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, əslən Gəncədən olan şəhidimiz tanınmış həkimin oğludur. Orxanın atası Rizvan Əsgərov Gəncə şəhər birləşmiş xəstəxanasının Pediatriya Şöbəsinin müdiridir. R.Əsgərov uzun illərdir bu sahədə çalışır.

Orxan özü isə ABŞ-də təhsil alıbmış. Ailəli imiş, 2 övladı var.

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.