“Azərsu”yun sədr müavini Salyanda vətəndaşları qəbul etdi - FOTO

 17:37 27.01.2023     219

Bu gün “Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Salyan şəhərində Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Redaktor.az quruma istinadən xəbər verir ki, qəbulda iştirak etmiş 28 nəfərin müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

222