Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yolun bir hissəsi bağlandı

 23:59 27.01.2023     267

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib.

Onun sözlərinə görə, buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik!”, - deyə baş inspektor bildirib.