Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vəfat etdi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq, Azərbaycan Tibb Universitetinin (ATU) nevrologiya kafedrasının dosenti Dilarə Xəlilova vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.
Qeyd olunub ki, D.Xəlilova uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib.