Özbək mətbuatında azərbaycanlı ekofəalların etiraz aksiyasına dair məqalələr yayımlanıb - FOTO

 12:12 28.01.2023     311

Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, www.qalampir.uz, marifat.uz saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların etiraz aksiyası dair  silsilə məqalələr dərc olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə yayımlanan məqalələrdə Ermənistanın Azərbaycan torpaqlarının otuz ilə yaxın işğal altında saxlaması, yaşayış məntəqələri, tarixi və dini abidələrin, infrastrukturun tamamilə dağıdılması, ərazilərimizdə əsl ekoloji terror həyata keçirməsi, flora və faunaya qarşı vandallıq və regionda ekoloji fəlakətin yaşanmasına dair fikirlər yer alır.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı geniş mədəni və ekoloji vandallıq həyata keçirilmiş və Azərbaycan dövləti öz suveren hüququndan istifadə edərək bu cinayətlərə və ziyana görə Ermənistana qarşı beynəlxalq vəsadət qaldıra bilər.

“Qarabağda Rusiya sülhməramlı qüvvələrin hərəkətsizliyi fonunda, onların nəzarəti altında olan Azərbaycan ərazilərində ekoloji terrorun  hazırda davam etdiyini və buna etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən artıq 50 günə yaxındır ki, Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya məqalələrdə geniş işıqlandırılıb.

Vurğulanır ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində təbii sərvətlərin, faydalı qazıntı yataqlarının ermənilər və onların dəstəklədiyi xarici şirkətlər tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunur və Azərbaycanın ictimaiyyət nümayəndələri, ekoloji fəalları isə bu terrora dinc aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək istəyir.

Aparıcı qalampir.uz xəbər portalı yayımladığı məqalədə Bakı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı ətraf mühitin və biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə görə məsuliyyət daşımasını tələb edərək ilk dövlətlərarası arbitraj prosesinə başlaması barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata isnad edir və qeyd edilir ki, “2023-cü il yanvarın 18-də Azərbaycan vəhşi faunanın, floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyasına uyğun olaraq Avropada ilk dövlətlərarası arbitraj prosesini başladıb. Məqalədə arbitraj prosesinin bir hissəsi kimi Azərbaycan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularını dayandırmağı və əvvəllər işğal olunmuş ərazilərdə ətraf mühitin məhvinə görə tam kompensasiya ödəməyi öhdəsinə götürməsini tələb etməsi xüsusi işıqlandırılır.

Özbəkistanın www.azon.uz saytında yayımlanan məqalədə isə ötən ilin dekabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiyaya etiraz notası təqdim etməsi və Rusiya hərbçilərinin sözügedən ərazilərdə ekoloji vəziyyətə nəzarət etməməkdə günahlandırması öz əksini tapıb. Materialda Ermənistanın iddia etdiyi kimi Xankəndi-Laçın yolunun bağıanmadığını, ermənilərin dünyanı yanlış məlumatlarla çaşdırdığı qeyd olunur, Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora qarşı azərbaycanlı ekoloqlar tərəfindən sözügedən yolda aksiyaların keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün Azərbaycan tərəfindən açıq saxlandığını yazılır.

Məqalələrlə  aşağdakı linklərdə tanış olmaq mümkündür:

http://marifat.uz/marifat/tahririyat/bulimlar/siecat-halkaro/Ekologik-jinoyat-muhokama-qilindi.htm 

https://www.xabar.uz/uz/post/boku-erevandan-talon-toroj-etilgan?category=xorij   https://qalampir.uz/uz/news/baku-yerevanni-terrorda-k-oralashga-chak-irdi-75702 

https://xabar.uz/uz/post/24-kundan-buyon-davom-etayotgan?category=xorij 

https://darakchi.uz/uz/157958 

https://azon.uz/content/views/ozarbayjonlik-faollar-qorabogda-ruslarga 

https://azon.uz/content/views/51710 

22222